“Дядя Ваня” məhsulları ölkəmizdə də sevilir

25.01.2023

“Дядя  Ваня” məhsulları ölkəmizdə də sevilir

  

2021-ci ildə Rusiya Federasiyasının tanınmış “Дядя  Ваня” fabriki ilə “Aqro-Vest DC” MMC arasında ““Дядя  Ваня” ticarət nişanlı konservləşdirilmiş tərəvəz məhsullarının ölkəmizdə distribusiya olunması hüququnu verən müqavilə imzalanıb.

 

Tərəfdaşımız olan bu şirkət bir neçə il ərzində 25 ölkəyə məhsul ixracını genişləndirib. Artıq “Дядя  Ваня”nın məhsulları dünyanın hər yerində, eləcə də Azərbaycanda istehlakçılar üçün əlçatandır.

 

“Дядя  Ваня” hər il istehsalını genişləndirir və portfelində 100-ə yaxın məhsul çeşidi var. Bu brendə məxsus 20-dən çox çeşiddə məhsul isə şirkətimiz tərəfindən ölkəmizə gətirilir. Bura tərəvəz qəlyanaltıları, souslar, assorti turşular, tomatlar, kornişonlar, acika, xardal, sirkə, hazır yeməklər və başqa məhsullar daxildir.

Sadalanan məhsullar əsl qış yeməkləridir. Ona görə də  “Дядя  Ваня” məhsullarını dadmağın əsl vaxtıdır. Nuş olsun!

Xəbərlər

1 / 335
AZ EN RU