Bazar günü “Aqro-Vest DC” Futbol Turnirinin yarımfinal oyunları keçiriləcək

27.10.2023

Bazar günü “Aqro-Vest DC” Futbol Turnirinin yarımfinal oyunları keçiriləcək

Xəbər verdiyimiz kimi, “Aqro-Vest DC” Futbol Turniri-2023-ün oyunları davam edir.

Oktyabrın 29-da komandalar arasında yarımfinal oyunları keçiriləcək.

İlk yarımfinal qarşılaşması “Slavyanskoe” və “Aplus” arasında baş tutacaq.

İkinci yarımfinal görüşü “Lukas”la “Caffino” arasında olacaq.  

Bildirək ki, oyunlar Bakı Olimpiya Stadionunun kiçik meydançasında keçirilir.

Xəbərlər

1 / 331
AZ EN RU