“Aqro-Vest DC” MMC əməkdaşları Novruz bayramı ilə əlaqədar şəhid ailələrinə baş çəkib

19.03.2024

“Aqro-Vest DC” MMC əməkdaşları Novruz bayramı ilə əlaqədar şəhid ailələrinə baş çəkib


Novruz təkcə təbiətin dirilişi yox, həm də insanlar arasında yardımlaşmaya əsaslanan milli bayramımızdır.

“Aqro-Vest DC” MMC Novruz bayramı münasibətilə Bakı şəhərində yaşayan şəhid ailələrinə “Slavyanskoe" və başqa brendlərə aid gündəlik qida məhsullarından ibarət bağlamalar verib.

Şirkətin əməkdaşları II Qarabağ savaşı şəhidlərinin ailə üzvlərinin yaşadıqları ünvanlara gedərək, onlara bayram  sovqatı verib və təbrik ediblər.  

Əməkdaşlar şirkət rəhbərliyinin şəhid ailələrinə diqqət və qayğı göstərdiyini nəzərə çatdırıblar. Bildirilib ki, Vətən torpaqları uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərini diqqətdə saxlamaq  müqəddəs borcumuzdur.

“Aqro-Vest DC” MMC şəhidlərimizə Allahdan rəhmət diləyir. Onların ailə üzvlərinə səbr və cansağlığı arzulayır, müqəddəs Novruz bayramı münasibətilə ürəkdən təbrik edir!

Xəbərlər

1 / 338
AZ EN RU