Prezident İlham Əliyev xalqa müraciət edib

21.09.2023

Prezident İlham Əliyev xalqa müraciət edib

Xəbər verdiyimiz kimi, sentyabrın 19-20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirib.

 Nəticədə Xankəndi və yörəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr məhv edilib.

Bununla da Xankəndindəki özbaşına, bölücü erməni hakimiyyəti təslim olduğunu bildirib.

Dünən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev televiziya vasitəsilə Azərbaycan xalqına müraciət edib.

Prezident müraciətində antiterror əməliyyatının mahiyyəti və qarşıdakı bir sıra məsələlər haqqında danışıb. O bildirib ki, sentyabrın 21-də Xankəndində yaşayan ermənilərin nümayəndələri ilə Yevlax şəhərində görüş keçiriləcək.

Ali Baş Komandanın sözlərinə görə, Yevlax görüşündə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları, öhdəlikləri, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcək.

Dövlətimizin başçısı antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı yerə qoymasının, Yevlaxda keçiriləcək görüşün müsbət addım olduğunu bildirib.

Xəbərlər

1 / 338
AZ EN RU