“Slavyanskoe” kərə yağı ilə sağlam qidalanın

07.04.2023

“Slavyanskoe” kərə yağı ilə sağlam qidalanın

Bilirsinizmi, bir kiloqram xalis kərə yağını almaq üçün iyirmi litr süd işlədilir. Sizin üçün Ukraynadan idxal etdiyimiz “Slavyanskoe” kərə yağının təbiiliyi və yüksək keyfiyyəti bununla bağlıdır.

Beynəlxalq tələblərə görə, xalis kərə yağının tərkibindəki yağın həcmi 82%-dən az olmamalıdır. “Slavyanskoe” yağında bu göstəricisi 82,5 faizdir.

Kərə yağının rəngi ağımtıl olur. Ondakı azacıq sarımtıllıq yaşıl otun inək südünə verdiyi çalarla bağlıdır.

Xalis kərə yağı hər zaman öz formasını saxlayır və bərk olur. O, nə büküldüyü kağıza, nə də kəsildiyi bıçağa yapışır.

Yağdan istifadə təkcə onu istehlak etməklə bitmir, onun düzgün saxlanılmasının da əhəmiyyəti var. Mənfi 18ºC temperaturda kərə yağını 12 ay saxlamaq mümkündür.

Hazırda yerli telekanallarda və metrostansiyalarda reklam olunan, şirkətimizin süd məhsulları üzrə özəl “Slavyanskoe” brendi ilə istehsal edilən kərə yağı artıq hər kəsin sevimli qidasına çevrilib.

“Slavyanskoe” kərə yağı ilə sağlam qidalanın!

Xəbərlər

1 / 337
AZ EN RU