Bu gün od çərşənbəsidir

28.02.2023

Bu gün od çərşənbəsidir


Bu gün xalqımız od çərşənbəsini qeyd edir.

Niyə od çərşənbəsi? Ona görə ki, bahara, yaza doğru günəş yavaş-yavaş torpağı isidir, təbiəti yenidən canlandırmaq, yaratmaq üçün hazırlayır.

Bu çərşənbədə insanlar həyətlərində tonqallar qalayır, onun üzərindən atlanmaqla öz ağrı-acılarını odda yandırdıqlarını düşünürlər.

Süfrəyə isə dadlı yeməklər və şirniyyatlar düzülür.

Od bəşəriyyət üçün müqəddəs hesab edilir. Ona görə ki, yaranışdan üzü bəri odun insan yaşamında əvəzedilməz yeri var.

Keçmişdə yeni doğulmuş uşağı odun başına dolandırmaqla pisliklərdən təmizləyər, bundan sonra ananın qucağına verərdilər. Bu inancın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi xalq məsəlimizdə yaşamaqdadır.

Od çərşənbəsi ilə əlaqədar xalqımız çox sayda inanclar, sınamalar, atalar sözləri, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər yaradıb.

Beləliklə, Novruz və ondan öncə keçirilən çərşənbələr Azərbaycan xalqının həyata, təbiətə, torpağa, zəhmətə sevgisinin, insani yanaşmasının təzahürüdür.

Xatırladaq ki, fevralın 21-də xalqımız su çərşənbəsini qeyd etdi.

“Aqro-Vest DC” MMC Azərbaycan xalqını od çərşənbəsi münasibətilə təbrik edir! Qoy evinizdən xeyir-bərəkət və işıq, üzünüzdən gülüş, canınızdan sağlıq əskik olmasın!

Xəbərlər

1 / 322
AZ EN RU