“Aqro-Vest DC” MMC şəhid ailələrinə ərzaq yardımı edib

25.12.2023

“Aqro-Vest DC” MMC şəhid ailələrinə ərzaq yardımı edib


2024-cü – Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Aqro-Vest DC” MMC Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan 100 şəhid ailəsinə gündəlik qida məhsullarından ibarət bağlamalar verib. Bir aydır bu insani yardıma hazırlaşan əməkdaşlarımız ləyaqətlə qarşıya qoyulan işin öhdəsindən gəliblər.

Şirkətimizin əməkdaşları II Qarabağ savaşı şəhidlərinin ailə üzvlərinin yaşadıqları ünvanlara gedib, böyük minnətdarlıq duyğusu ilə bayram yardımı bağlamalarını verib, onlarla doğma söhbət ediblər.

Əməkdaşlarımız “Aqro-Vest DC” MMC rəhbərliyinin xeyriyyəçiliyə böyük önəm verdiyini, şəhid ailələrinə ayrıca diqqət, qayğı göstərdiyini nəzərə çatdırıb, edilən yardımın Vətən torpaqları uğrunda öz canından keçmiş şəhidlərimizin ruhu qarşısında kiçik insani borc olduğunu bildiriblər.

Qeyd edək ki, “Aqro-Vest DC” MMC 44 günlük II Qarabağ savaşında cəbhədə vuruşan əsgər və zabitlərimizin yanında olub, ümummilli qələbəmizin qazanılması üçün maddi yardımını əsirgəməyib.

Eləcə də, bu il şirkətlər qrupumuz 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Sabunçu rayonu ərazisində yaşayan II Qarabağ savaşı şəhidlərinin ailə üzvlərinə ərzaq yardımı və uşaqlarına isə oyuncaqlar vermişdi.

“Aqro-Vest DC” MMC olaraq şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə səbr və cansağlığı diləyirik! 

Xəbərlər

1 / 338
AZ EN RU