Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib

26.02.2024

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib


 Fevralın 26-da “Aqro-Vest DC” MMC-də Xocalı faciəsinin 32-ci ildönmü ilə əlaqədar tədbir keçirilib.

Tədbirin başlanğıcında iştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Toplantını giriş sözüylə şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi S.İmaməliyev açaraq Xocalı soyqırımının XX yüzildə baş verən ən böyük faciələrdən biri olduğunu bildirib.

Qeyd edilib ki, bu soyqırım ermənilərin örnəyində insan yırtıcılığının, qaniçənliyinin, başkəsənliyinin ən bariz göstəricisidir.

Belə ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Tədbirdə bildirilib ki, biz artıq Xocalıya qayıtmışıq. Orada indi geniş quruculuq, tikinti-abadlıq işləri həyata keçirilir.

Hər il olduğu kimi, bir neçə gündür ki, dünyanın fərqli ölkələrində yaşayan soydaşlarımız, diasporamızın üzvləri faciə ilə bağlı dinc yürüşlər və tədbirlər təşkil edirlər.

Daha sonra şirkət əməkdaşları Azərbaycan Dövlət Televiziyasının Xocalı faciəsindən bəhs edən “Ümid işığı” bədii-sənədli filmini izləyiblər.

Xəbərlər

1 / 338
AZ EN RU