Yerli və idxal məhsullarımız Ət Məhsulları Festivalında

01.02.2023

Yerli və idxal məhsullarımız Ət Məhsulları Festivalında


Fevralın 1-dən “Bazarstore” supermarketlər şəbəkəsində Ət Məhsulları Festivalı öz işinə başlayıb.

“Aqro-Vest DC” MMC bu festivalda ölkəmizə idxal etdiyi “Царицыно», «Дубки», «Стародворье» və şirkətimizin yeni brendi olan “Yamac” məhsulları ilə təmsil olunur.

Festivalda 20-ə yaxın çeşiddə məhsul endirimli qiymətlərlə alıcılara təqdim edilir. Ən dərin endirimlər Rusiyanın «Стародворье» məhsullarındadır. Məsələn, adıçəkilən brendin “Datskiye” sosislərinin bir kiloqramı 10,50 manatdan 4,95 manata, “Doktorskaya” kolbasasının 400 qramlıq bişmiş çeşidi 7,99 manatdan 3,99 manata endirilib.

 

Şirkətimizə məxsus “Yamac” brendinin bişmiş 250 qramlıq “Hind toyuğu kolbasası” 3,49 manatdan 1,99 manata, bişmiş 400 qramlıq “Qovyajya” kolbasasının ədədi 7,99 manatdan 4,79 manata endirilərək alıcılara təqdim edilir.

Xatırladaq ki, Ət Məhsulları Festivalı fevralın 28-dək davam edəcək.

Xəbərlər

1 / 362
AZ EN RU