Yeni əməkdaşlar üçün adaptasiya təlimi keçirilib

10.11.2022

Yeni əməkdaşlar üçün adaptasiya təlimi keçirilib

                                                       

Noyabrın 10-da “Aqro-Vest DC” MMC-də işə yeni qəbul edilən əməkdaşlar üçün adaptasiya təlimi keçirilib. Təlimi şirkətin İnsan resursları departamentinin əməkdaşı Sevda Musayeva aparıb.

Təlimdə yeni əməkdaşlar şirkətin fəaliyyətilə yaxından tanış olublar. Bildirilib ki, 2014-cü ildə yaradılan  «Aqro-Vest DC» MMC şirkəti öz fəaliyyətində keyfiyyətli qida təminatını ön plana çəkərək dünyanın bir çox ölkəsindən yeyinti məhsulları idxal etməkdədir.

S.Musayeva vurğulayıb ki, idxal edilən mallar yalnız qida məhsullarıdır. Bura alkoqolsuz içkilər, baqqaliyyə, yağlar, qənnadı məmulatları, ət və süd məhsulları daxildir.

Gətirilən məhsullar xarici ölkələrdə yerləşən istehsal mərkəzlərindən  distribütör tərəfindən təhvil alınaraq şirkətin anbarlarında gigiyenik qaydalara riayət edilməklə saxlanılır. Ardınca məhsulların supermarketlərə dağıtımı həyata keçirilir.

Təlimçi bütövlük, etibarlılıq, hörmət, qayğı, sağlamlıq, təhlükəsizlik və əzmkarlığın şirkətin əsas dəyərlərindən olduğunu diqqətə çatdırıb.  

Daha sonra təlimçi şirkətdə nizam-intizam qaydaları, işə davamiyyət, məzuniyyət, əlavə sosial hüquqlar, performans dəyərləndirilməsi haqqında da danışıb. 

Xəbərlər

1 / 333
AZ EN RU