“Aqro-Vest DC” şirkəti Türkiyədə zəlzələdən zərər çəkənlərə 300 000 türk lirəsi məbləğində yardım etdi

09.02.2023

“Aqro-Vest DC” şirkəti Türkiyədə zəlzələdən zərər çəkənlərə 300 000 türk lirəsi məbləğində yardım etdi

Fevralın 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ  hər birimizi dərindən sarsıdıb.

Dağıntılar altında qalan minlərlə insanın xilas edilməsi üçün Azərbaycan hər cür fədakarlıq göstərməkdədir.

Ölkəmiz Türkiyədən heç bir yardım istəyi gözləmədən öz qardaşının – türk millətinin ağır günündə ilk imdadına yetənlərdən olub.

Azərbaycan hər gün dövlət və özəl şirkətlər səviyyəsində Türkiyəyə yardımlarını davam etdirir.

“Aqro-Vest DC” şirkəti olaraq bu ağır gündə zəlzələdən zərər çəkən türkiyəli qardaş və bacılarımıza 300 000 türk lirəsi məbləğində yardım etdik. Bu, hər şeydən öncə hər çətin vaxtımızda yanımızda olan Türkiyədəki millətimizə olan insanlıq və soydaşlıq borcumuzdur.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Fəlakət qurbanlarının və yaralıların sayı hər gün artır. Bu günə olan ölü sayı 13 000, yaralı sayı isə 62 000 nəfərdən çoxdur.

Xəbərlər

1 / 333
AZ EN RU