Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

20.09.2023

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.

 Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin ölkəmizin suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı, eləcə də dəstəklədiyi özbaşına separatçı qurumun məqsədyönlü təxribatlarına cavab olduğunu vurğulayıb.

Prezident qeyd edib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.

Son bir gündə düşmənlə mübarizədə Azərbaycan ordusu şəhidlər verib. Şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına, xalqımıza başsağlığı verir, səbr diləyirik! Allah rəhmət eləsin!

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Xəbərlər

1 / 412
AZ EN RU