Yeni qənnadı çeşidlərinin təqdimatı olub

19.06.2023

Yeni qənnadı çeşidlərinin təqdimatı olub

İyunun 19-da “Aqro-Vest DC” MMC-nin Marketinq və ticari marketinq şöbəsinin əməkdaşları şirkətimizin Satış departamentinin işçilərinə Ukraynanın AVK Qənnadı Kompaniyasına və Xarkov  Biskvit-Şokolad Korparasiyasına məxsus yeni qənnadı çeşidlərin təqdimatını təşkil ediblər.

Marketinq və ticari marketinq şöbəsinin müdiri Tural Məmmədov, əməkdaşlar Emil Surxaylı, Xəlil Xəlilzadə AVK brendinə məxsus iki çeşiddə "Who said muu?" baton şokoladları, eləcə də Xarkov  Biskvit-Şokolad Korparasiyasına məxsus “Vkusya abrikos”, “Vkusya sliva”, “Vkusya vişnya” karamelləri və “Jemçujina kleopatrı”, “Mornıng star”, “Parijskaya vesna” konfetləri haqqında geniş bilgi verib, həm də satış komandası üzvlərinə canlı daddırma həyata keçiriblər.   

Xəbərlər

1 / 338
AZ EN RU