İlham Əliyev yenidən prezident seçilib

08.02.2024

İlham Əliyev yenidən prezident seçilib

Fevralın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

O, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsinin 6102-dən (93,35 faiz) nəticələrin MSK-ya daxil olduğunu bildirib.

Qeyd edib ki, həmin protokollar üzrə etibarlı hesab edilmiş səslərin sayı 4 milyon 651 min 473-dür.  

 Bu seçkidə İlham Heydər oğlu Əliyev seçicilərin mütləq əksəriyyətinin – 4 milyon 281 min 625 (92,05) nəfərin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Artıq bir sıra ölkələrin liderləri İ.Əliyevə zəng vuraraq onu təbrik edib, eləcə də təbrik məktubları göndəriblər.

Biz də “Aqro-Vest DC” MMC olaraq İ.Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar diləyirik!

Xəbərlər

1 / 338
AZ EN RU