Brendimizin reklamının yeni bölümü yerli telekanallarda yayımlanmağa başlayıb

03.11.2023

Brendimizin reklamının yeni bölümü yerli telekanallarda yayımlanmağa başlayıb


Noyabrın 1-dən “Aqro-Vest” Şirkətlər Qrupuna məxsus süd məhsulları üzrə özəl “Slavyanskoe” brendinin reklamının yeni bölümünün yerli telekanallarda nümayişinə başlanılıb.

Sözügedən video reklam ARB və ATV kanallarında gündə bir neçə dəfə yayımlanır.

Video çarxda brendimizin ənənəvi simaları Cabir İmaov, Bəhram Bağırzadə və Yana Nikitina çəkiliblər.

Reklam bu ilin sonuna qədər davam edəcək.

Qeyd edək ki, “Slavyanskoe” süd məhsulları artıq 10 ildir Azərbaycan bazarında tanınır. Bu brend ilə kərə yağı, tetrapak süd, pendir, xama və sairə məhsullar istehsal edilir.

Adıçəkilən süd məhsulları ənənəvi slavyan qida emalı qaydalarına uyğun müasir texnoloji avadanlıqlarla hazırlanır.

Xəbərlər

1 / 338
AZ EN RU