Sağlam süd necə olmalıdır

14.02.2023

Sağlam süd necə olmalıdır

 

Süd C vitamini, dəmirdən başqa tərkibi müxtəlif elementlərlə zəngin, hər yaşda  insan orqanizminə faydalı olan məhsullardandır.

Bu məhsullarda uşaqlar, hamilə qadınlar, yaşlılarda sümük sağlamlığı baxımından önəmli olan kalsium və fosfor olmaqla, bir sıra vacib minerallar, zülal, eləcə də B qrup vitaminləri var.

Sağlam və yetkin insanların gündə 200 millilitr, uşaqlar, yeniyetmələr və hamilə qadınların isə 600-800 millilitr süd içmələri məsləhətdir.

İndi südü çətinlik çəkmədən istənilən supermarketdən tapmaq olur. Bəs, pasterizə olunmuş və ya uzun ömürlü süd haqqında nə bilirik və onların insan üçün faydası nədir?

Süd istehsal edən iri müəssisələrdə emal olunmuş südlər süzülmə, kənar maddələrdən təmizlənmə, xoşagəlməyən qoxuların aradan qaldırılması, standartlara uyğun olaraq homogenizasiya kimi bir sıra texnoloji proseslərdən keçirilir.

Pasterizə olunmuş süd qaynama istiliyindən aşağı temperaturda təbii tərkibdə keyfiyyət dəyişiklikləri etmədən, xəstəlik yaradan faktorlardan bütünlüklə arıtlanmış yemək məhsuludur. Pasterizə südlərin soyuqda saxlamaq şərti ilə müddəti 5 gündür.

Uzun ömürlü südlər istehlakçılar tərəfindən daha çox sterilizə olunmuş, qutu və ya UHT (ingilis dilində bu qısaltma “ultra yüksək temperaturda pasterizasiya” adlanır) kimi tanınır. UHT xüsusi proses olub, qəbul edilən çiy südün 2-4 saniyə müddətində 135-150-də qızıdırılıb, daha sonra isə 20-yə kimi soyudulmasıdır.

Bu yolla südün çürüməsinə, xəstəliklərin yaranması və inkişafına səbəb olan bütün faktorlar aradan qaldırılır. Növbəti mərhələ təmiz şəraitdə qablaşdırmadır. Sonda isə bu məhsullar karton qutularda satışa çıxarılır.

Tətbiq olunan (UHT) texnoloji prosesinin nəticəsində soyuq qida zəncirinin qorunmasına gərək qalmadan belə süd məhsullarını 4 ay saxlamaq mümkündür.

Şirkətimizin süd məhsulları üzrə özəl “Slavyanskoe” brendi Azərbaycan istehlakçısına illərdir tanışdır. Biz sizə bu brendə məxsus, ənənəvi slavyan qida emalı qaydalarına uyğun hazırlanan 4 çeşiddə, müxtəlif yağlılıq faizli, 1 litrlik “Moloko Slavyanskoe naturalnoe” südünü içməyi tövsiyə edirik. 

Xəbərlər

1 / 336
AZ EN RU