“Bulmeni” küftəsi

06.12.2023

“Bulmeni” küftəsi

Keçən dəfə “Pelmeni”dən yazmışdıq. Bu dəfə isə “Bulmeni”dən söz açacağıq.

Dondurulmuş hazır yemək olan “Bulmeni” Rusiyanın “Starodvore” qida şirkətinin istehsalıdır.

430 qramlıq qablaşdırmada çoxlu sayda xəmir kürələrin içərisində yer alan, mal ətindən hazırlanmış köftələr vur-tut 15-20 dəqiqəyə bişir.

100 qram məhsulun enerji dəyəri 250 kilokaloridir.

Məhsulun tərkibinə gəlincə, “Bulmeni” buğda unu, içməli su, mal əti, toyuq əti, soğan, kərə yağı, bitki yağı, üyüdülmüş qara bibər, ədviyyat və göyərti qarışığından ibarətdir.

Xəbərlər

1 / 338
AZ EN RU