“Aqro-Vest DC” Futbol Turniri 2023”-ün ilk qarşılaşmaları keçirilib

10.10.2023

“Aqro-Vest DC” Futbol Turniri 2023”-ün ilk qarşılaşmaları keçirilib


Oktyabrın 8-də Bakı Olimpiya Stadionunun süni meydançasında “Aqro-Vest DC” Futbol Turniri 2023”-ün ilk turunun oyunları keçirilib.

İlk olaraq “Caffino” və “Makfa” komandaları üz-üzə gəliblər. Oyun 3:1 hesabıyla başa çatıb.

İkinci oyun isə “Aplus”la “Roshen” arasında baş tutub: 4:1.

Üçüncü görüş “Yamac”ın üstünlüyü ilə yadda qalıb – 3:2 (Sloboda).

“Lukas” və “Slavyanskoe”nin mübarizə apardığı sonuncu qarşılaşmada isə bərabərlik qeydə alınılb – 4:4.

Qeyd edək ki, ənənəvi keçirilən turnirdə 8 komanda mübarizə aparır.

Növbəti turun oyunları oktyabrın 15-də olacaq. 

Xəbərlər

1 / 338
AZ EN RU