“Slavyanskoe” brendinin məhsulları metro stansiyalarında reklam olunur

13.02.2023

“Slavyanskoe” brendinin məhsulları metro stansiyalarında reklam olunur


Xəbər verdiyimiz kimi, fevralın 1-dən şirkətimizə məxsus özəl “Slavyanskoe” brendinin süd məhsullarının yerli telekanallarda reklamına başlanılıb.

Ayın 10-dan isə adıçəkilən brendimizin metro stansiyalarında reklamına start verilib. Reklam banerləri 12 metrostansiyasını ətahə edir.

Reklamda brendimizin simaları olaraq Cabir İmanov, Bəhram Bağırzadə və Yana Nikitina yer alıblar.

Qeyd edək ki, “Slavyanskoe” süd məhsulları artıq 10 ildir Azərbaycan bazarında tanınır. Bu brend ilə kərə yağı, tetrapak süd  və sairə məhsullar istehsal edilir.

Adıçəkilən süd məhsulları ənənəvi slavyan qida emalı qaydalarına uyğun müasir texnoloji avadanlıqlarla hazırlanır.

Xəbərlər

1 / 333
AZ EN RU