26.01.2024
Yanvarın 26-da “Aqro-Vest DC” MMC-yə məxsus süd məhsulları üzrə özəl, 100 % təbii “Slavyanskiy” pendirləri və “Şirin” brendinə məxsus müxtəlif qənnadı məhsullarının şirkətimizin satış komandasına təqdimatı keçirilib.
Şirkətimizin Ticari marketinq şöbəsinin müdiri Tural Məmmədov “Slavyanskiy” bərk pendirlərinin 150 və 200 qramlıq “Qauda”, “Kantri”, “Slivoçnıy”, “Smetannıy” çeşidləri haqqında məlumat verib.
Qeyd edilib ki, adıçəkilən süd məhsulları ənənəvi slavyan qida emalı qaydalarına uyğun çağdaş texnoloji avadanlıqlarla hazırlanır.
“Slavyanskoe” süd məhsulları 10 ildir Azərbaycan bazarında tanınır. Bu brend ilə kərə yağı, tetrapak süd, pendir, xama və sairə məhsullar istehsal olunur.
T.Məmmədov eləcə də “Şirin” brendinə məxsus “Dainty Sesame”, “Dainty Hazelnut”, “Bonte Classic”, “Bonte Hazelnut”, “Fiorella Cappuccino”, “Fiorella Ice-cream” draje və konfetləri, "Fruta Limon”, "Fruta Gilənar”, "Fruta Gavalı”, "Gavalı", "Limon", "Portagal" karamelləri ilə bağlı geniş bilgi verib.
Tədbirdə təqdimatı olan məhsullardan daddırma da keçirilib.
Xəbərlər