Üçüncü turda böyükhesablı qələbələr qeydə alınıb

25.10.2023

Üçüncü turda böyükhesablı qələbələr qeydə alınıb

Oktyabrın 22-də “Aqro-Vest DC” Futbol Turnirinin üçüncü turunun oyunları keçirilib.

İlk qarşılaşma “Caffino” və “Poshen” komandaları arasında baş tutub və birincinin böyükhesablı qələbəsi ilə yadda qalıb: 15-1.

“Makfa” və “Aplus”un görüşündə hesab uyğun olaraq 2-8 olub.

Daha bir böyükhesablı qələbə “Sloboda” və “Lukas” komandaları arasında qeydə alınıb: 1-20.

“Yamac” ilə “Slavyanskoe”nin mübarizəsi də böyük fərqlə yadda qalıb: 1-17.

Hazırda A qrupunun lideri 9 xalla “Aplus”, B qrupunun lideri isə 7 xalla “Lukas”dır.

Xatırladaq ki, oyunlar Bakı Olimpiya Stadionunun kiçik meydançasında keçirilir.

Xəbərlər

1 / 338
AZ EN RU