31.07.2023
“Aqro-Vest DC” MMC yerli bazarda halal ət
məhsullarına olan tələbatı nəzərə alaraq 2021-ci ilin noyabr ayından “Yamac” brendinin
yaradılması və tanıdılmasına başlayıb.
Artıq brend bu müddətdə yüksək keyfiyyətli məhsulları ilə alıcı kütləsini özünə cəlb etməyə nail olub.
Hazırda “Yamac” brendi adıyla yerli bazarda 12 çeşiddə məhsul istehlakçılara təqdim edilir.
Bura “Doktorskaya”, “Qovyajaya”, “Elsevən”, “Lyubitelskaya” bişmiş kolbasaları, “Səfər”, “Tərəkəmə”, “Mini”, “Közdə” sosisləri, eləcə də, bişmiş hind toyuğu kolbasalarının standart və çəki məhsulları aiddir.
Qeyd edək ki, adıçəkilən brendi tanıtmaq üçün supermarketlərdə vaxtaşırı daddırma tədbirləri, eləcə də ardıcıl qiymət endirimləri həyata keçirilir.
Xəbərlər