Oğuz Heydərli: “Hər işi öz yiyəsinə etibar edirik”

10.01.2023

Oğuz Heydərli: “Hər işi öz yiyəsinə etibar edirik”

“Aqro-Vest DC” MMC-nin İnsan Resursları Departamentinin direktoru Oğuz Heydərlinin www.agrowestdc.az  saytına müsahibəsi

 

-      Oğuz müəllim, “Aqro-Vest DC” MMC təkcə ölkəmizə xaricdən yeyinti məhsulları idxal etmir, həm də bu fəaliyyəti həyata keçirən mütəxəssisləri işlə təmin edir. Hazırda şirkətdə nə qədər işçi çalışır?

 - Şirkət üzrə bu günə olan işçi sayımız 900 nəfərə yaxındır.

-      İşaxtaranlar üçün “Aqro-Vest DC”-də işləməyin hansı üstünlükləri var?

- Bizim şirkətin özünəməxsus kadr siyasəti və strategiyası mövcuddur. Bu strategiya yönündə kadr inkişaf planımız var. Bu isə işə daxil olan hər bir əməkdaşın karyera planlamasının olduğu anlamına gəlir. Bütün departament və şöbələrdə ardıcıl olaraq perspektivli əməkdaşlarımızın fəaliyyəti İnsan Resursları Departamenti tərəfindən izlənilir. Yeni vəzifələr yarandığında öncə daxili dəyərləndirmələrə üstünlük verilir.

-      Ötən il nə qədər işaxtaran şirkətə müraciət edib və onlardan neçəsi işlə təmin olunub?

- Ötən il vakansiyalarımıza 4000-ə yaxın müraciət olub. 2022-ci ildə 740 nəfərə yaxın şəxsi işə qəbul etmişik.

-Şirkətimizdə ən çox hansı vakansiyalara müraciət edilir?

- Şirkətdə ən ehtiyac duyulan vakansiyalar satış və anbar heyəti üçündür.  Bununla yanaşı, vaxtaşırı ofis vakansiyalarımız da olur.

- İşaxtaranlar arasında bəylər, yoxsa xanımlar üstünlük təşkil edir?

- Müəssisəmizdə həm bəylər, həm xanımlar üçün vakansiyalar olur. Demək olar ki, bu məsələdə vakansiyalar yarı-yarıyadır.

-Şirkət işə qəbulla bağlı işçilər qarşısında hansı tələbləri qoyur?

- Biz keyifyyət baxımından hər işi öz yiyəsinə etibar edirik. Ölkənin iri şirkətlərindən biri olaraq bizim öz məqsəd və dəyərlərimiz var ki, bunlar da saytımızda öz əksini tapıb.

- İşçilərin çalışması üçün şirkətdə hansı şərait yaradılıb?

- Şirkətimizdə istər ofis, istərsə də digər bölümlərdə çalışan əməkdaşlar üçün ən müasir şərait yaradılıb. Müasir anbar kompleksimiz buna örnək ola bilər. Mütəşəkkil logistika sistemimiz və operativ satış üçün proqram təminatımız ən üst səviyyədə təşkil edilib.

- İşə qəbul edilənlər hansı təlimlərə cəlb olunur?

- İşə götürülən hər bir əməkdaşımız mütləq adaptasiya təlimindən keçir. İşlədiyi müddət ərzində isə aidiyyatı üzrə həm daxili həm xarici təlimlərdə bilik və bacarıqlarını inkişaf etdirmək üçün şərait yaradılır.

-Komanda ruhunun  güclənməsi üçün şirkətdaxili hansı tədbirlər həyata keçirilir?

- Komanda ruhunun formalaşdırılması və işçinin şirkətə bağlılığının artırılması üçün motivasiya tipli layihələr şərtdir. Bunu nəzərə alan şirkət rəhbərliyi ardıcıl olaraq bəlli büdcəni əməkdaşlarımızın əyləncə və istirahətinə ayırır. Belə ki, hər il “Aqro-Vest DC” futbol turniri təşkil edilir. Yay və qış kampları artıq şirkətimizdə ənənə halını alıb. Bu tədbirlərlə həm şöbələrarası münasibətlər güclənir, həm də mübarizə və komanda ruhu yüksəlir.

2023-cü ildə də şirkət əməkdaşlarının asudə vaxtının təşkili üçün bir sıra layihələr planlaşdırıb.

Xəbərlər

1 / 373
AZ EN RU