06.03.2023
“Aqro-Vest DC” MMC-nin ət məhsulları üzrə özəl “Yamac” brendinə məxsus “Səfər” sosisi bir ildən çoxdur ki, yerli bazarda istehlakçılara təqdim olunur.
200 qramlıq bu halal məhsulun tərkibi əl ilə kəsilmiş mal əti, toyuq əti, dana piyi, duz, istiot, natrium nitrit, qarışıq ədviyyatlar və sarımsaqdan ibarətdir.
Dünya xalqlarında sosisi bişirməyin bir neçə üsulu var. Onu tavada qızartmaq ən yayğın yöntəmlərdən biridir. Bunun üçün aşağıdakılara əməl etmək yetərlidir:
1.Öncə sosisləri iki yerə bölün.
2.Qazı orta səviyyədə yandırın.
3.Tavanı odun üzərinə qoyun və iki dəqiqə gözləyin.
4. Bir yemək qaşığı günəbaxan yağını tavanın hər tərəfinə yayın.
5.Sosisləri kəsilmiş üzləri üstə ara buraxmaq şərtilə qızmış tavaya bir-bir yerləşdirin.
6. İki dəqiqə bişirdikdən sonra o biri üzünü çevirin.
7. İstəyə uyğun olaraq tavanın üzərinə yarım stəkan su töküb ağzını qapadın. 5 dəqiqə gözlədikdən sonra sosislərinizi iştahla yeyə bilərsiniz.
“Səfər” sosisləri ilə nuş olsun!
Xəbərlər