Şirkətimizdə karyera günü keçirilib

25.07.2023

Şirkətimizdə karyera günü keçirilib


Bu gün şirkətimizin baş ofisində karyerasını “Aqro-Vest DC” MMC və “Aplus” marketlər şəbəkəsilə qurmaq istəyənlər üçün karyera günü keçirilib.

İnsan Resursları Departamentinin işə qəbul üzrə mütəxəssisləri saat 10:00-dan 15:00-a qədər iş axtaran 50-yə yaxın vətəndaşı şirkətimizdəki mövcud vakansiyalarla, iş imkanları ilə tanış ediblər.

Əməkdaşlarımız merçendayzer, promo, merçendayzer-ekspeditor, satıcı, kassir, mal qəbulçusu, fəhlə işi axtaran vətəndaşlarla ayrı-ayrılıqda söhbət edib, onların bacarıq imkanlarını dəyərləndiriblər.

Bildirək ki, yaxın zamanlarda yenidən belə bir tədbirin keçirilməsi nəzərdə tutulur.

Xəbərlər

1 / 338
AZ EN RU