“Lukasia” və “Xalva” bazara çıxır

12.07.2023

“Lukasia” və “Xalva” bazara çıxır


Bu gün “Aqro-Vest DC” MMC-nin Ticari marketinq  şöbəsinin əməkdaşları şirkətimizin satış komandasının üzvlərinə yeni məhsulların – Ukraynanın məşhur “Lukas” brendinə məxsus “Lukasia” karamelinin yeni çeşidinin, eləcə də Rusiyanın tanınmış “Azovskaya” brendinə məxsus günəbaxan halvasının (“Xalva” 350 qr) təqdimatını keçiriblər.

Tədbirdə Azərbaycan bazarına çıxarılan hər iki məhsulun özəllikləri haqqında geniş bilgi verilib.

Bildirilib ki, “Lukasia” yumşaq, duzlu içliyi olan ləzzətli karameldir. “Xalva” isə günəbaxandan hazırlanan yüksək keyfiyyətli ənənəvi dadı olan şirniyyatdır.

Qeyd edək ki, hazırda “Lukas” dünyanın 50-dən çox ölkəsi tərəfindən tanınan və sevilən markadır. Bu şirkət ayda 2,5 min ton şirniyyat istehsal etmək gücündədir.

 “Azovskaya” şirkəti isə Azərbaycan bazarında çoxlu şirniyyat məhsulu ilə təmsil olunur. Bura meyvə tərkibli karamellər, jele və süd içlikli konfet-şokoladlar, eləcə də günəbaxan, küncütlü kozinaklar,  günəbaxan, yerfındığı tərkibli halvalar daxildir.

Xəbərlər

1 / 338
AZ EN RU