“Aqro-Vest DC” şirkəti “Lukas” brendinin 50 çeşiddə məhsulunu idxal edir

02.12.2022

“Aqro-Vest DC” şirkəti “Lukas” brendinin 50 çeşiddə məhsulunu idxal edir

 

"Lukas" qənnadı şirkəti rəsmən 1995-ci ildə Ukraynanın Kremençuq şəhərində ailə biznesi kimi yaradılıb.

Əslində bu şirin brendin tarixi keçən yüzilin 30-cu illərindən başlayır. Məhsul Lukaski ailəsinin adı ilə bağlıdır və indi şirkət adıçəkilən soyun gözəl ənənəsinin davam etdirir.  

Hazırda "Lukas" məhsullarına 100-dən çox çeşid daxildir. Həmin məhsullar qat-qat, kövrək xəmir, konfet,  tort və başqalarından ibarətdir. Burada bütün şirniyyat məmulatları başlıca olaraq Ukrayna istehsalı olan yüksək keyfiyyətli xammaldan hazırlanır.

Özəlliklə bu şirkət qat-qat xəmirdən hazırlanan məhsul istehsalçıları arasında qabaqcıldır. Gözəl dad, daimi keyfiyyət, xoşagələn xarici görünüş və uyğun qiymət! Yalnız buna görə "Lukas" məhsulları nəinki Ukraynada, hətta onun hüdudlarından qıraqda da sevilir.

Bu gün “Lukas” dünyanın 50-dən çox ölkəsi tərəfindən tanınan və sevilən şirin bir markaya çevrilib. Bunun sayəsində indi “Lukas” istehsal-ticarət şirkəti ən müasir, ayda 2,5 min ton şirniyyat istehsal etmək gücünə malik iri müəssisədir.

2017-ci ildə “Aqro-Vest DC” şirkəti Ukraynanın “Lukas” fabrikilə eyni ticarət nişanlı qənnadı məhsullarının ölkə ərazisində distribusiya olunması ilə bağlı müqavilə imzalayıb. Hazırda “Aqro-Vest DC” şirkəti adıçəkilən brendin 50 çeşiddə məhsulunu Azərbaycan istehlakçılarına təqdim edir. “Lukas” brendi altında məhsullarımız alıcılara daha sərfəli qiymətlərlə təklif edilir. Ölkənin bütün ərzaq satış nöqtələrində məhsulların satışı həyata keçirilir.

Xəbərlər

1 / 337
AZ EN RU