Yel çərşənbəniz mübarək

12.03.2024

Yel çərşənbəniz mübarək


Bu gün Azərbaycanda Novruzun üçüncü – Yel çərşənbəsi qeyd edilir.

Yel çərşənbəsində əsən isti külək yazın gəlişindən soraq verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi ulularımızın yel Tanrısına inamı ilə bağlıdır.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

 Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı görürlər.

“Aqro-Vest DC” şirkəti xalqımızı Yel çərşənbəsi münasibətilə təbrik edir!

Xəbərlər

1 / 362
AZ EN RU