“Makfa” mannası

30.08.2023

“Makfa” mannası

Rusiyanın “Makfa” şirkəti makaron, un və dənli bitkilərin istehsalı ilə məşğuldur. Fabrik öz məhsullarını 25 ölkəyə ixrac edir.

“Aqro-Vest DC” şirkəti sayəsində məşhur “Makfa” məhsullarını indi Azərbaycanda çox evdə tapmaq olar. Bunlar taxıldan hazırlanan, gündəlik istifadə olunan çeşidli qida məhsullarıdır.  Onlardan biri də mannadır.

Manna insanların əsas səhər yeməklərindən biridir. 700 qramlıq bu məhsul, bərk, irimik buğdadan hazırlanır və yumşaq növlərdən bişirilən mannadan daha faydalıdır.

Manna Azərbaycan mətbəxində ayrıca yer tutur və onu hər kəs sevir. Südlə bişirilən manna sıyığı yüngülvari şirnisi və üzərinə əlavə edilmiş darçın tozu ilə ləzzətlə yeyilir. Zövqdən asılı olaraq onu isti və soyuq şəkildə yemək olar. Nuş olsun!

Xəbərlər

1 / 338
AZ EN RU