Tetrapak haqqında nəyi bilirik

07.02.2023

Tetrapak haqqında nəyi bilirik


Yeyinti məhsullarının qorunmasında onun qablaşdırılması önəmli yer tutur. Çağdaş qablaşdırma üsullarından biri də tetrapakdır. Dünyada ilk tetrapak qida qablaşdırma şirkəti 1951-ci ildə Ruben Rausing və Erik Vallenberg tərəfindən İsveçin Lund şəhərində yaradılıb. Bu, zamanı üçün məhsul qablaşdırılması sahəsində görünməmiş irəliləyiş idi.

Tetrapak qabının materialı çöldən içə 6 laydan ibarətdir: polietilen, kağız, polietilen, alüminium folqa və yenidən ikiqat alüminium.

Belə qablaşdırmada materialın 70 faizini kağız təşkil edir. Bu da qutuya sərtlik, sağlamlıq və forma verir. İç qatda yer alan, toplam materialın 24 faizini əmələ gətirən polietilen mayeni bayıra sızdırmamaq funksiyası daşıyır.

Materialın 6 faizini təşkil edən alüminium isə paketin iç hissəsindəki gümüş rəngli təbəqə olmaqla saç telinin 6 qat incəliyindədir.

Qeyd edək ki, tetrapak qablar təkrar emal edilə bilən materialdan hazırlanır. Təkrar emalda isə kağız və karton ən çox istifadə edilən qablaşdırma materialı sayılır. Ona görə ki, kağız və kartonun başlıca kütləsi ağacdır. Tetrapak qablaşdırma ekoloji baxımdan ən əlverişli, sağlam üsuldur. O, ekologiyaya heç bir ziyan vurmur, istifadədən sonra tez çürüyə bilir.

Günümüzdə süd, pendir və meyvə suları qablarının tetrapakdan hazırlanması geniş yayılıb. Hazırda tetrapak dünyada ən təhlükəsiz qida qablaşdırma üsuludur.

Şirkətimizin süd məhsulları üzrə özəl “Slavyanskoe” brendi Azərbaycan istehlakçısına illərdir tanışdır. Bu brendə məxsus, ənənəvi slavyan qida emalı qaydalarına uyğun hazırlanan 4 çeşiddə, müxtəlif yağlılıq faizli, 1 litrlik “Moloko Slavyanskoe naturalnoe” tetrapak südü sağlam yeyinti məhsuludur. Bu məhsul son istifadə tarixinə qədər yararlığını tetrapakla qoruyur.

Xəbərlər

1 / 338
AZ EN RU