“Aqro-Vest DC” MMC rəhbərliyinin 8 Mart təbriki

08.03.2024

“Aqro-Vest DC” MMC rəhbərliyinin 8 Mart təbriki


“Aqro-Vest DC” MMC ailəsinin üzvü olan əziz xanımlar!

Sizi 8 Mart Qadınlar Bayramı münasibətilə təbrik edir, hər birinizə cansağlığı, səadət diləyirik!

Qadın təkcə ailənin yox, həm də dünyanın yaraşığı, sevincidir.

Onun bir təbəssümü bəs edir ki, ürəyimiz rahatlıq tapsın, sevinclə dolsun.

Qadın, ana qayğıkeşdir, hər anımızla nəfəs alır, kədərimizdə kədərlənir, sevincimizdə özünə sığmır.

Tarixən Azərbaycan türk qadını ailəcanlı, övladcanlı, evcanlı olub. Bu bənzərsiz özəllik indi də davam edir.

Türk toplumlarında həmişə qadına yüksək dəyər verilib, o, ailə və cəmiyyətin sevilən, seçilən, sayğı göstərilən üzvü olub.

Əziz xanımlar, bir daha bayramınız kutlu olsun!

Üzünüzdən sevinc, işıq əskik olmasın!

“Aqro-Vest DC” MMC-nin rəhbərliyi

Xəbərlər

1 / 338
AZ EN RU