“Aplus” komandası 6 xalla öndədir

30.05.2023

“Aplus” komandası 6 xalla öndədir


Ötən bazar günü – mayın 28-də “Aqro-Vest DC” MMC-nin öz əməkdaşları arasında təşkil etdiyi “Heydər Əliyev Kuboku” futbol turnirinin növbəti oyunları keçirilib.

 Şirkətimizin Ət məhsulları departamentinin təmsilçisi “Yamac” “Aqro-Vest Retail”-i təmsil edən “Aplus” komandası ilə üz-üzə gəlib. Görüş fantastik fərqlə – 0:14 hesabıyla başa çatıb.

Ofisin “Caffino” komandası Satış-1 əməkdaşlarından təşkil olunmuş “Slavyanskoe” komandası ilə yarışıb. Matç uyğun olaraq 2:4 hesabıyla yekunlaşıb.

Logistika departamentinin təmsilçisi “Lukas”, Satış-2 əməkdaşlarının “Roshen” komandasını böyük fərqlə 8:0 hesabı ilə məğlub edib.  

Hazırda  turnir cədvəlində “Aplus” komandası 6 xalla öndədir.  

Oyunlar Olimpiya Stadionunun kiçik meydançasında keçirilir.

Xəbərlər

1 / 338
AZ EN RU