“Heydər Əliyev Kuboku” futbol çempionatı keçiriləcək

25.04.2023

“Heydər Əliyev Kuboku” futbol çempionatı keçiriləcək


 Mayın 20-də “Agro-Vest DC” MMC-nin Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev Kuboku” futbol çempionatı başlayacaq.

Üçüncü dəfə keçirilən çempionata qatılmaq istəyən əməkdaşlar aşağıdakı qaydalara əsasən müraciət edə bilərlər.

 1. Tərkibində minimum 8, maksimum 10 nəfər olan istənilən komanda qeydiyyatdan keçə bilər. Bunlardan 1 nəfəri qapıçı olmalıdır.

2. Qeydiyyat vərəqələri 10.05.2023-cü il tarixinə qədər İnsan Resursları Departamentinə verilməlidir. Qeydiyyat vərəqəsini əlavədə tapa bilərsiniz.

3. Rəsmi işə qəbul tarixi 10.05.2023-cü il tarixindən sonra olan işçilərin qeydiyyatı nəzərə alınmayacaq.

4. Son beş ildə AFFA bayrağı altında təşkil olunan yarışlarda iştirak etmiş oyunçular yarışlara qatıla bilməzlər.

5. Başqa şöbə əməkdaşlarının birləşib bir komandada oynamasına İnsan Resursları Departamentinin rəyi əsasında icazə veriləcək. (Ofis işçilərinə şamil edilir.)

6. Qeydə alınmayan oyunçuların yerinə başqa oyuncunun verilməsi üçün qeydiyyat vərəqələri qeydiyyat tarixinin son gününə qədər dəyişdirilə bilər, yoxsa sonuncu verilən siyahı nəzərə alınacaq.

7. Komanda kapitanını da qeyd etməlidir.

8. Eləcə də komanda bir məşqçi təyin edə bilər.

9. Meydanda eyni anda maksimum 5 oyunçu və 1 qapıçı olmalıdır.

10.Sənədlər tələb olunan tarixdən gec təqdim edilərsə, komanda turnirə buraxılmayacaq.

11.Qeydiyyat vərəqəsində göstərilməyən şəxslər oyunlar zamanı meydançaya və texniki zonaya buraxılmayacaqlar.

 İnsan Resursları Departamenti

Xəbərlər

1 / 333
AZ EN RU