06.06.2023
Çay, yaxud qəhvə içirsiniz? O zaman AVK – “Bambuk”larını qaçırmayın. Bu qənnadı məhsulunu yəqin ki, dadmayan olmaz. Xırçıldamasıyla, krem və çiyələk dadıyla, bambuq çubuqlarına bənzəməsiylə diqqət çəkən bu şirniyyatı Ukraynanın AVK Qənnadı Fabriki istehsal edir.
Tərkibi buğda və düyü unu, şəkər, bitki yağı, quru süd, qarğıdalı yarması, alma turşusu, soya, çiyələk dadlandırıcısı və duzdan ibarətdir.
Xatırladaq ki, “Aqro-Vest DC” MMC 2019-cu ildə Ukraynanın AVK Qənnadı Fabriki ilə “AVK” ticarət nişanlı qənnadı məhsullarının ölkəmizdə distribusiya olunmasıyla bağlı müqavilə imzalayıb.
AVK – “Bambuk”larını ölkəmizin bütün marketlərindən əldə edə bilərsiniz.
Xəbərlər