03.03.2023
Kruassan. Bu şirniyyatı dadmayan varmı? Şirkətimiz Ukraynanın “Lukas” qənnadı fabrikinin müxtəlif çeşiddə kruassanlarını ölkəmizə idxal edir. Onlardan biri də şirniyyatsevərlərin dadından doymadığı kremli-kakaolu kruassandır.
Bu şirniyyat qatbaqat və qabarcıqlı xəmiri, içi bol kremi ilə diqqət çəkir. Sözügedən “aypara” dünyanın hər yerində onu sevənlərin klassik şirniyyatlarının sırasına daxildir.
Kruassanlar özəl reseptlə hazırlanır və çağdaş texnoloji avadanlıqlarla paketlənir. Bununla da o, öz təzəliyini və keyfiyyətini son istehlak gününədək qoruya bilir.
Qeyd edək ki, "Lukas" məhsullarına 100-dən çox çeşid daxildir. Burada bütün şirniyyat məmulatları başlıca olaraq Ukrayna istehsalı olan yüksək keyfiyyətli xammaldan hazırlanır.
Hazırda “Aqro-Vest DC” şirkəti adıçəkilən brendin 30 çeşiddə məhsulunu Azərbaycan istehlakçılarına təqdim edir.
Xəbərlər