Hər səhər bircə qaşıq zeytun için

23.02.2023

Hər səhər bircə qaşıq zeytun için

Siz müştərilərimizə təqdim etdiyimiz Türkiyənin “Zadə”, Yunanıstanın “Vero Greco” zeytun yağlarının sağlamlığınız üçün nə qədər böyük önəm daşıdığını bilirsinizmi?

Beləliklə, günə bir qaşıq zeytun yağı ilə başlamağa nə deyirsiniz? Əgər bu qaydanı seçsəniz, sağlığınızda yaxşılığa doğru nələr baş verdiyinin şahidi olacaqsınız. Bəli, hər səhər vur-tut bircə qaşıq zeytun...

Hər gün yuxudan duran kimi bir yemək qaşığı təbii zeytun yağı içmək beyin və damarlar üçün olduqca faydalıdır.

Səhərlər zeytun yağı içmək sümükləri bərkidir, oynaqların sürüşkənliyini təmin edir.

Bu yağ orqanizmdə iltihabi xəstəliklərə son qoyur.

Bağırsaqların sağlam, normal fəaliyyət göstərməsinə yardım edir.

Ardıcıl içilən bircə qaşıq zeytun sizi ürək, xərçəng və alzheymer xəstəliyindən qorunmaq üçün ən təsirli üsuldur.

Zeytun yağı qastrit və xoraya qarşı mübarizə aparır, həm də mədə turşuluğunu azaldır.

Bu şəfalı yağ öd kisəsinin daralma, öd daşının meydana gəlmə riskini aradan qaldırır.

Dalaqda daş əmələ gəlməsinin qarşısını alır. Sarılığa və qaraciyər sancılarına yaxşı təsir edir.

Yüksək qan təzyiqini salır, qan şəkərinin düşməsinə yardımçı olur.

Bu yazıda hər səhər ən azı bir qaşıq zeytun yağı içməyin faydalarından danışdıq. Amma türkiyəli məşhur professor Canan Karatay isə sağlam və uzunömürlü olmaq üçün hər gün yarım stəkandan çox zeytun yağı içməyi tövsiyə edir...

Nuş olsun!

Xəbərlər

1 / 349
AZ EN RU