“Zade” yağları rəğbət qazanır

05.12.2022

“Zade” yağları  rəğbət qazanır


Uzun illər halva istehsalı sahəsində fəaliyyət göstərən, 1888-ci ildə əsası qoyulmuş Türkiyənin məşhur “Helvacızade Şirkətlər Qrupu” bir ailə şirkəti olaraq yaradılıb.

Şirkət 1991-ci ildə özünün böyük yağ fabrikini qurub. Hazırda adıçəkilən fabrik ildə 20 000 ton yağ istehsal etməkdə, dünyanın bir çox ölkələrinə öz məhsullarını göndərməkdədir.  

Fabrik günümüzdə 24 çeşiddə yağ istehsal edir. İnsan əli dəymədən istehsal olunan yağlara günəbaxan, zeytun, qarğıdalı, soya, kanola, pambıq, fındıq və başqaları daxildir. Bir çox uğurlara imza atan “Helvacızade Şirkətlər Qrupu” 2008-ci ildən fıstıq yağı istehsalına da başlayıb.

Günümüzdə 5 qitəyə 85-dən artıq ölkəyə məhsul ixrac edən fabrik dünya standartlarına uyğun nəhəng istehsal müəssisəsidir.

2021-ci ildə “Aqro-Vest DC” şirkəti ilə Türkiyənin bu məşhur fabriki arasında “Zade” ticarət nişanlı bitki yağı məhsullarının ölkəmizdə distribusiya olunması hüququnu verən müqavilə imzalanıb.

Hazırda “Aqro-Vest DC” şirkəti “Zade” brendli 10 adda məhsulu yerli bazarda istehlakçılara təqdim etməkdədir. Bura zeytun, günəbaxan və qarğıdalı yağlarının bir çox çeşidi daxildir. “Zade” brendli məhsullar Azərbaycan bazarında özünə geniş alıcı kütləsi toplamaqda, rəğbət qazanmaqdadır.

Xəbərlər

1 / 333
AZ EN RU