«Сибирская белочка»nın məhsulları ölkəmizdə

05.09.2023

«Сибирская белочка»nın məhsulları ölkəmizdə

Əməkdaşlıq etdiyimiz şirkətlərdən biri də Rusiyanın «Сибирская белочка» (“Sibir sincabı”) qənnadı fabrikidir.

Bugünlərdə adıçəkilən şirkətin yeni məhsullarını ölkəmizə idxal etmişik.

Şirkət 1997-ci ildə yaradılıb. Müəssisənin başlıca işi yüksək keyfiyyətli qənnadı məmulatlarının istehsalıdır.

Yüksək texnologiyalı avadanlıq şirkətə imkan verir ki, qutu, fondan, jele, iris və konfetlər, eləcə də unlu qəlyanaltılar, marmelad, peçenye istehsal etsin.

"Sibirskaya Belochka"nın məhsulları təkcə ölkə içində tanınmır, həm də xaricdə rəğbətlə qarşılanır.

Şirkətin məhsulları yüksək keyfiyyət standartlarına görə yarışma və sərgilərdə çoxsaylı mükafatlar qazanıb. 

Xəbərlər

1 / 338
AZ EN RU