“Yamac” məhsullarının endirimli satışı davam edir

18.11.2022

“Yamac” məhsullarının endirimli satışı davam edir

 

2022-ci ilin əvvəlindən “Aqro-Vest DC” şirkətinin “Yamac” brendi daxili bazarda yerini tutmaq üçün səylə çalışıb. Bu müddətdə “Yamac” yüksək keyfiyyətli məhsulları ilə müştəri kütləsini cəlb etməyə nail olub.

Hazırda yerli bazarda müştərilərə 12 çeşiddə ət məhsulu təqdim edən “Yamac” son vaxtlar aktiv endirim siyasəti həyata keçirir.

“Yamac”ın son endirim aksiyası ötən ayın 13-dən 29-dək davam edib. Oktyabrda ən önəmli endirimlərdən biri 450 qramlıq “Sosis Mini”yə tətbiq olunub. 

Noyabr ayından isə “Yamac” brendinin müxtəlif çeşidlərinə endirimlər və “1+1” bağlamalar həyata keçirilir.  Müştərilər noyabrın sonunadək davam edəcək bu endirimdən ölkənin iri supermarketlərində yararlana bilərlər.

Beləliklə, bu ay boyunca müştərilər yerli brend olan “Yamac”ın fərqli çeşidlərini endirimli qiymətlərlə supermarketlərdən ala biləcəklər.  

Xatırladaq ki, “Yamac” brendi 2021-ci ildən fəaliyyətə başlayıb.

Xəbərlər

1 / 337
AZ EN RU