“Lucky zlaki”nin yeni çeşidləri bazara çıxarılıb

24.04.2023

“Lucky zlaki”nin yeni çeşidləri bazara çıxarılıb


Ukraynanın məşhur “Lukas” qənnadı fabrikinin “Lucky zlaki” adlı yeni konfetləri iki çeşiddə yerli alıcıların ixtiyarına verilib.

Şirkətimizin Marketinq şöbəsinin müdiri Tural Məmmədov yeni məhsulları Satış departamentinin əməkdaşlarına təqdim edərək, hər iki məhsul haqqında geniş bilgi verib.

Xırçıltısı ilə adama ləzzət verən bu məhsullar buğda və qovrulmuş yer fıstığı, eləcə də müxtəlif giləmeyvələrin dadını özündə birləşdirir. Yeni məhsulları ölkənin bütün ərzaq satış nöqtələrindən əldə edə bilərsiniz.

Xatırladaq ki, 2017-ci ildə “Aqro-Vest DC” şirkəti Ukraynanın “Lukas” fabrikilə eyni ticarət nişanlı qənnadı məhsullarının ölkəmizdə distribusiya olunması ilə bağlı müqavilə imzalayıb. Hazırda “Aqro-Vest DC” şirkəti adıçəkilən brendin 50 çeşiddə məhsulunu Azərbaycan istehlakçılarına təqdim edir. 

Xəbərlər

1 / 333
AZ EN RU