09.05.2023
Bu gün alman faşizmi üzərində qələbədən 78 il ötür. Ölkəmizdə bu gün rəsmi bayram kimi qeyd olunur, müxtəlif tədbirlər keçirilir.
Bildirək ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb.
1941-ci il iyunun 22-də Hitler Almaniyası keçmiş SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Bu savaşda Azərbaycandan 660 min şəxs döyüşüb. 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib.
Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri Sovet İttifaqına 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Xəbərlər