“Lukas” çempion oldu

21.11.2022

“Lukas” çempion oldu

 

Noyabrın 20-də “Aqro-Vest Futbol Turniri-2022-nin son matçları keçirilib.

“Olimpiya” stadionunun kiçik meydançasında baş tutan oyunda ilk qarşılaşma üçüncü yer uğrunda “ofis” heyəti “Slobda” ilə “Roshen” arasında olub. Bu oyunda “Roshen” rəqibini 4:3 hesabı ilə məğlub edib.

İkinci qarşılaşma isə qalibiyyət uğrunda “Slavyanskoe” və “Lukas” arasında baş tutub. Gərgin keçən görüşdə “Lukas” rəqibindən üstün olmağı bacarıb: 3:1.

Beləliklə, “Lukas” “Aqro-Vest Futbol Turniri-2022”-nin qalibi adını qazanıb. “Slavyanskoe” ikinci, “Roshen” isə üçüncü yerləri tutublar.

Sonra mükafatlandırma mərasimi keçirilib. İlk üç yerin sahibinə rəmzi qızıl, gümüş və bürünc medallar təqdim edilib. Üstəlik, birinci yerin sahibinə 1000, gümüş, eləcə də bürünc mükafatçılara isə uyğun olaraq 600 və 400 manat pul verilib.

İştirakçılara həm də üç kubok təqdim olunub. Onlardan biri çempion “Lukas”a, ikincisi turnirdə ən çox qolvuran, “Slavyanskoe”nin hücumçusu Rüstəm Rüstəmliyə və yarışın ən yaxşı qapıçısı Turan Müslümzadəyə verilib.

Bildirək ki, ikinci ildir keçirilən “Aqro-Vest Futbol Turniri-2022”-də beş komanda mübarizə aparırdı.

Komandaların adları şirkətimizin tərəfdaşlıq etdiyi brend məhsulların adlarından götürülüb.

Xəbərlər

1 / 71
AZ EN RU