Ramazan bayramınız mübarək

20.04.2023

Ramazan bayramınız mübarək

Hörmətli həmkarlar, əziz “Aqro-Vest DC” MMC-nin əməkdaşları!

Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirik!

Ramazan bayramı yüzillərdir İslam dünyası ilə yanaşı, ölkəmiz, xalqımız tərəfindən də qeyd olunur.

Bu ay insanın öz nəfsinə hakim olması, nöqsanlardan qurtulması, özünü təkmilləşdirməsi, kamilləşdirməsi, Allaha həsr etməsi ayıdır.

Ramazan bir aylıq oruc və ibadətdən sonra insanın mənəvi rahatlıq tapması və özünü ağır cismani sınaqlara hazırlamasıdır.

İnsanın özünü yaxşılığa, xeyir əməllərə həsr etməsi, qeyri-insani işlərdən uzaqlaşması, başqalarının halını, dərdini duyması və ona çarə olması Ramazanın başlıca tələblərindəndir.

Bütün bayramların başlıca prinsipi – dostluq, qardaşlıq və dözümlülüyün ən dərin hislərlə yaşanmasıdır.

Qoy bu bayram sizə və doğmalarınıza sevgi və insanlıq dolu bir yaşam gətirsin!

Bayramınız mübarək olsun!

 

“Aqro-Vest DC” MMC-nin rəhbərliyi

Xəbərlər

1 / 335
AZ EN RU