“Konditer Profi” məhsullarının təqdimatı keçirilib

05.06.2023

“Konditer Profi” məhsullarının təqdimatı keçirilib

 

Xəbər verdiyimiz kimi, bu yaxınlarda “Aqro-Vest DC” MMC-nin tərəfdaşları sırasına daha bir şirkət – Rusiyanın “Konditer Profi” («Кондитер Профи») qənnadı fabriki də qoşulub.

Bununla əlaqədar şirkətimizdə adıçəkilən yeni brendə məxsus məhsulların təqdimatı keçirilib.

Tədbirdə şirkətimizin Satış departamentinin əməkdaşları – satış və bölgə müdirləri, ekspeditor və merçendayzerler iştirak ediblər.

“Aqro-Vest DC” MMC-nin Marketinq və ticari marketinq şöbəsinin müdiri Tural Məmmədov və həmin şöbənin kateqoriya müdiri Sahib Əsgərzadə yeni brendə məxsus məhsullar haqqında geniş məlumat veriblər. Bildirilib ki, 1929-cu ildə “Pişevik” («Пищевик») qənnadı və zəncəfil çörək arteli kimi fəaliyyətə başlayan şirkət 2010-cu ildən “Konditer Profi” adı ilə işinə uğurla davam edir.

Təqdimatda qeyd olunub ki, fabrikin məhsul çeşidinə klassik və mini karamellər, drajelər, suflelər, konfetlər, meyvəli şokoladlar, marmelad və müxtəlif şirniyyatlar daxildir.

 “Aqro-Vest DC” MMC hazırda yerli bazarda istehlakçılara bu yeni brendə məxsus 33 adda qənnadı məhsulu təqdim edir.

 

Xəbərlər

1 / 336
AZ EN RU