18.01.2023
Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin ərzaq təminatının gücləndirilməsi baxımından önəmli sahələrdən biri də ət və ət məhsullarının istehsalıdır.
“Aqro-Vest DC” MMC-nin Ət və ət məhsulları departamentinin “Yamac” üzrə brend meneceri Ləman Mirzəzadə bildirir ki, şirkət bazarda halal ət məhsullarına olan tələbatı nəzərə alaraq 2021-ci ilin noyabr ayından yerli “Yamac” brendinin yaradılması və tanıdılmasına başlayıb.
2022-ci ilin əvvəlindən isə “Yamac” brendinin daxili bazarda yerini tutması üçün bir çox işlər görülüb. Keçən bir ildə “Yamac” yüksək keyfiyyətli məhsulları ilə alıcı kütləsini özünə cəlb etməyə nail olub.
İndi “Yamac” brendi adıyla bazarda 13 çeşiddə məhsul yerli istehlakçılara təqdim olunur. Bura ilk olaraq “Doktorskaya”, “Qovyajaya”, “Elsevən”, “Lyubitelskaya” bişmiş kolbasaları, “Səfər”, “Tərəkəmə”, “Mini”, “Közdə” sosisləri, eləcə də, bişmiş hind toyuğu kolbasalarının standart və çəki məhsulları daxildir.
L.Mirzəzadə vurğulayır ki, brend yeni olmasına baxmayaraq, artıq bazarda tanınmaqdadır. Özəlliklə məhsul sarı etiketlərilə piştaxtalarda seçilir, supermarketlərdə tez-tez tanıtım-daddırma kampaniyaları gerçəkləşdirilir. “Yamac” vaxtaşırı endirim siyasəti də həyata keçirir.
Hazırda “Yamac” brendinin yeni çeşidləri üzərində işlər aparılır, şirkət daha keyfiyyətli və fərqli məhsullarla alıcıların qarşısına çıxmağı hədəfləyir.
Xəbərlər