Əməkdaşlarımız Bakı Ekspo Mərkəzində təşkil olunan sərgiləri ziyarət ediblər

18.05.2023

Əməkdaşlarımız Bakı Ekspo Mərkəzində təşkil olunan sərgiləri ziyarət ediblər


Mayın 18-də “Aqro-Vest DC” MMC-nin bir qrup əməkdaşı dünən Bakı Ekspo Mərkəzində açılışı olan XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgilərini ziyarət edib.  

Əməkdaşlarımız qida sənayesində fəaliyyət göstərən, sərgi iştirakçısı şirkətlərlə tanış olmuş, işbirliyi imkanlarını müzakirə etmişlər.

Bildirək ki, hər il olduğu kimi, bu il də sərgilərə iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraq göstərilir. Ümumilikdə sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiyanın regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edirlər.

Tədbir sabah başa çatacaq.

Xəbərlər

1 / 322
AZ EN RU