“Dadya Vanya” xiyar turşusunun əsl vaxtıdır

16.01.2023

“Dadya Vanya” xiyar turşusunun əsl vaxtıdır


Qışın vazkeçilməz yeməklərindən biri də turşulardır. Əgər payızda ev turşusu hazırlamamısınızsa, qayğılanmayın. Biz sizə Rusiya Federasiyasının tərəfdaşlıq etdiyimiz “Dadya Vanya” fabrikinin eyniadlı ticarət nişanlı konservləşdirilmiş xiyar turşularını məsləhət görürük.

Xiyar turşusu qışda ağzımızı dada gətirən yemək və çeşidli salatların tərkib hissələrindən biridir. Müəyyən miqdarda xiyar turşusu təkcə orqanizm üçün yox, beyinə də faydalıdır.

Alimlərin apardığı araşdırmalardan məlum olub ki, xiyar turşusu qorxunu, stressi azaldır, yuxunu normallaşdırır, gərginliyi aradan qaldırır, emosional durumu bərpa edir.

Turşu məhsulları probiotiklə (insan sağlamlığına fayda verən canlı mikroorqanizmlər) zəngindir. Bu üzdən onlar həzm sisteminə müsbət təsir göstərir. Alimlər hesab edirlər ki, həzm sistemi yaxşı işləyəndə, beyin də sağlam olur.

Probiotik immun sistemini möhkəmləndirir və orqanizmə bir çox xəstəliklərlə mübarizə aparmaqda yardımçı olur. Bu bakteriyalar bağırsağın təbii mühitini zənginləşdirir ki, sağlam bağırsaq florası həm də güclü immunitet deməkdir.

Mütəxəssislər bildirir ki, idmandan sonra xiyar turşusunun suyunu içmək çox faydalıdır. Bu, bədəni enerji ilə təmin edir və idman zamanı itirilən mayenin yerini tutur. Xiyar turşusunun suyu idmandan sonra baş verən əzələ ağrılarının qarşısını alır, susuzluğu aradan qaldırır.

Unutmayın, “Dadya Vanya” xiyar turşusunun əsl vaxtıdır.

Xəbərlər

1 / 336
AZ EN RU