14.09.2022
2020-ci ildə Silahlı Qüvvələrimizin “44 Günlük Vətən Müharibəsi”ndə tarixi torpaqlarımızı işğaldan azad etməsi ilə barışmayan Ermənistan Siyasi-Hərbi Rəhbərliyi bu ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhəd xəttini bir neçə istiqamətdə pozaraq təxribata yol vermişdilər.Ermənistan Silahlı Birləşmələrinin təxribatının qarşısını qəhrəmancasına alan Hərbi Qulluqçulardan 50 nəfəri şəhid olmuşdur.
Müzəffər Ordumuz düşmənə layiqincə cavab vermiş və döyüş şəraitinə tam nəzarəti ələ almışdır. Ali Baş Komandan İlham Əliyev istər döyüş meydanında,istərsə də,siyasi arenada Ermənistanın təcavüzkar siyasətinin layiqli cavabını vermişdir.
”AQRO VEST DC” ailəsi olaraq,şəhid olmuş hərbi qulluqçulara Allahdan rəhmət diləyir,dərin hüzünlə ailə üzvləri və doğmalarına baş sağlığı veririk. Daim Ali Baş Komandanın ətrafında sıx birləşərək dövlət sərhədlərimizin keşiyində durmağa hazırıq.
Allah Rəhmət Eləsin!
Vətən Sağ Olsun!
Xəbərlər