“Tərəkəmə” – milli ad, milli dad

16.02.2023

“Tərəkəmə” – milli ad, milli dad

 Şirkətimizin ət məhsulları üzrə özəl “Yamac” brendinə məxsus “Tərəkəmə” sosiskası ötən ilin əvvəlindən yerli bazara çıxarılıb.

6 ədədli 200 qramlıq bu halal məhsulun tərkibi əl ilə kəsilmiş mal əti, toyuq əti, dana piyi, duz, istiot, natrium nitrit, qarışıq ədviyyatlar və sarımsaqdan ibarətdir.

100 qr məhsulda 15 qr zülal, 23 qr yağ, 1,7 qr karbohidrat var. Enerji dəyəri isə 273 kilokaloridir.

Saxlama müddəti ümumilikdə 30, açıldıqdan sonra isə 3 gündür.

Aydındır ki, sosiska əlüstü, demək olar, heç bir əziyyət çəkilmədən hazırlanan, günün istənilən vaxtında yediyiniz məhsuldur.

Sosiskanı yeməyin ən yayğın yolu onu qaynadaraq yeməkdir. Mütəxəssislərin fikrincə, bu yanlışdır. Sosiskalar bişmiş olduğu üçün onu yenidən suda qaynatmağa gərək yoxdur. Qaynadılan zaman onun dadı-tamı yoxa çıxır. Sosiskanı soyuq yemək istəmirsinizsə, onu sadəcə isti suda və mikrodalğalı sobada isitmək yetər.

“Tərəkəmə” ilə nuş olsun!

Xəbərlər

1 / 323
AZ EN RU