Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə

23.12.2023

Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə


Möhtərəm, cənab Prezident.

Sizi – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sizin rəhbərliyiniz ərzində ölkəmiz hər sahədə uğurlu inkişafa nail olub.

Ən əsası, Ali Baş Komandan kimi başçılığınız altında uzun illərdən bəri işğalda olan torpaqlarımız müzəffər ordumuz tərəfindən azad edilib. Bu möhtəşəm qələbə xalqımızın, dövlətimizin tarixində əbədi yer tutacaq.

Ölkəmizin dünyada tanıdılması, onun başqa ölkələr üçün layiqli tərəfdaşa çevrilməsi Sizin uğurlu xarici siyasətinizin nəticəsidir. Bunun göstəricisidir ki, Azərbaycan artıq dünyada müstəqil söz sahibidir.

Ölkə əhalisinin maddi rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, özəl sektorun inkişafına diqqətinizin artırılması uğurlu daxili siyasətinizin bir hissəsidir.

Biz də özəl sektor təmsilçiləri olaraq Sizin bu sahənin inkişafı ilə əlaqədar apardığınız siyasəti dəstəkləyir, bütün fəaliyyətimizi xalqımıza xidmət üzərində qururuq.

Möhtərəm, cənab Prezident.

Bir daha Sizi təbrik edir, cansağlığı diləyir, ölkəmizin və xalqımızın rifahı yolunda həyata keçirəcəyiniz işlərdə yeni uğurlar arzulayırıq.

 Hörmətlə: “Aqro-Vest DC” MMC-nin rəhbərliyi

Xəbərlər

1 / 311
AZ EN RU